Ermənistana 150, Azərbaycana isə 17 əsir qaytarılıb

Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb.

Unikal.org-un xəbərinə görə, bu, Rusiya XİN-in Qarabağla bağlı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanatında əks olunub.

Qeyd olunub ki, onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb: “Öz növbəsində 3 paket minalanmış ərazi xəritəsi Azərbaycan tərəfinə təhvil verilib. Rusiya sülhməramlı kontingenti bölgədə dinc həyatın qurulmasında fəal iştirak edir. Regiona mütəmadi olaraq humanitar yardımlar çatdırılır, ərazilər minalardan təmizlənir. 2020-ci ilin noyabr ayından 1937 bina yoxlanılıb, 2311,5 hektar ərazi və 683 km yol təmizlənib, 26 mindən çox partlayıcı obyekt aşkar edilib”.


Showxeber Bizi instagramda izləyin



Qarabağ 9.11.2021 24
Bütün Xəbərlər