17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycan Bayrağı və Xarı bülbül Tbilisi səmasında - FOTO
Dünya 8.11.2021 414

Noyabrın 8-də Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın Zəfər Gününə həsr olunan daha bir fləşmob keçirilib.


Unikal.org xəbər verir ki, Tbilisinin mərkəzi Rike parkda “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzimiz - Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb. Hava şarı Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb. Şəhər sakinləri və qonaqlar Azərbaycan Bayrağını və Xarı bülbülü maraqla izləyiblər. Parkdakı “Sülh körpüsü”nün yanında Azərbaycan musiqisi səsləndirilib. Parka toplaşanlar Azərbaycan mahnılarına rəqs edib, birgə mahnılar ifa ediblər.

Bu gün, eyni zamanda, şəhərin “Sülh körpü”sündən başlayaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti qayığı Tbilisinin mərkəzində, Kür çayı boyunca hərəkət edib. Azərbaycanın Gürcüstandakı Səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşan katerlərdən bayrağımızın rənglərində olan 600 ədəd şar havaya buraxılıb. Orijinal fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.

Qeyd edək ki, hər iki aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilib.







Starxeber Bizi instagramda izləyin