Zəfər Günü tədbirləri başladı

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb.


Operativ24.Az xəbər verir, ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir.

İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, Vətən uğurunda canlarından keçənlərin ruhuna dualar oxuyurlar.

Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib.

Azərbaycanın məscidlərində “Şükür” namazları qılınır.

Saat 10:00-da Bakıda genişmiqyaslı yürüş başlayacaq. Aksiya Azneft dairəsindən start götürəcək və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.



Showxeber Bizi instagramda izləyin



Sosial 8.11.2021 66
Bütün Xəbərlər