22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Bələdiyyə sədrindən iş istədim, məhkəməyə verdi məni, kömək edin, kimsəsizəm...”
Sosial 8.11.2021 248

“2-ci Qarabağ müharibəsi başlananda səfərbərliklə mən də ordu sıralarına qoşuldum. Sentyabrın 27-dən Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda döyüşmüşəm. Yanvarın 9-da qayıdıb evimə gəlmişəm. Cənab prezident məni bir neçə medalla da təltif edib. Ağır döyüşlərdən şükür Allaha sağ-salamat çıxmışam. Amma gələndən heç bir kəs nə mənimlə, nə ailəmin yaşayışı ilə maraqlanmayıb. Canım ağrıyır, həkimə bir dəfə gedirəm, 2-ci dəfə getməyə pul tapmıram. Evimiz başımıza uçur, heç olmasa vətən müharibəsindəki iştirakıma görə mənə hörmət qoysunlar. Bunu da görmürəm”.
 
Bunu Moderator.az-a açıqlamasında Şəki rayonu Qayabaşı kənd sakini Hüseyn Eminov deyib. O daha sonra əlavə edib.
 
“İcra nümayəndəliyinə, kənd bələdiyyəsinə, Şəki rayon İcra Hakimiyyətinə müraciət etməyimə baxmayaraq heç kim mənə nə iş, nə də torpaq sahəsi vermir. Anam dünyasını dəyişib, iki bibim də bizimlə yaşayır. Mənim istəyim budur ki, heç olmasa məni işlə təmin etsinlər. İcra Hakimiyyətinə ailəlikcə getmişik, mühafizəyə tapşırıblar ki, onları içəriyə qoymayın, qaytarın dala. Mehriban xanıma məktub da yazmışıq, cavab gəlib amma o məktuba da baxan yoxdur. O məcburiyyətdə qalmışam ki,  başqa ölkədə gedib yaşayım. Bundan başqa əlacım yoxdur! İnsanı bilərəkdən buna məcbur edirlər. Cənab prezidentin şəhid ailələri, qazilər və döyüşçülərlə bağlı tapşırığını icra etmirlər, bizə zülm verirlər. Yetim oğlanam, xahiş edirəm mənə kömək edin”, - deyə Hüseyn Eminov deyib.
 
Vətən müharibəsi iştirakçısı iş istədiyinə görə məhkəməlik olduğunu da bildirib.

“Bələdiyyə sədrimiz Sahib Əliyevin qəbuluna gedib, iş istədim. Elə də böyük bir iş istəmədim. Burada yol kənarlarını təmizləyirlər, bütün qohumlarını ora düzəldib. Dedim ki, məni də işə götür, mən də təmizlikçi kimi işləyim. Bir az söz-söhbətimiz oldu, dava düşdü. Məni qınamayın, döyüşdən gəlmişəm, əsəblərim yerində deyil. Bu onun qəbuluna neçənci gedişim idi ki, məni qapıdan əliboş göndərirdi. Götürüb verib məni məhkəməyə. Artıq neçənci məhkəmə prossesidir ki, uzana-uzana gedir. Növbəti məhkəmə noyabr ayının 12-də baş tutacaq. Təbii ki, onun xeyrinə qərar çıxarırlar. Kənd adamıyam, savadım və pulum yoxdur deyə hər bir şeyi üstümə yükləyiblər. Döyüşlərdə əziyyət çəkib gələn bir insana bu zülmü yaşatdıqlarına görə Allahdan onlara insaf, vicdan istəyirəm. Onların milyonu və kənddə 3-4 dənə fermaları var. Hal-hazırda qardaşım da Kəlbəcərdə xidmət edir. Biz vətənimizi sevirik, bizi vətənimizdən küsdürməsinlər”, - deyə şikayətçi bildirib.






Starxeber Bizi instagramda izləyin