Rozadan Elzaya “nota”: "Başına dərd açırsan, qızım"

Müğənni Roza Zərgərli aparıcısı olduğu “Tam vaxtıdır” verilişində əməkdar artist Elza Seyidcahana “nota” göndərib.


SHOWXEBER.AZ “Sherg.az”a istinadən  xəbər verir ki, R.Zərgərli əməkdar artistlə  bir məclisdə olarkən aralarında yaşanan hadisədən danışıb.


Müğənni verilişdən Elza Seyidcahana  səslənib:


“Elnur Məmmədovun efirində  övladlardan söhbət açdılar. Aramızda olan anlaşılmazlıqların aradan qalxması üçün Elza Seyidcahana jest edib gözəl sözlər söylədim. Efir yayıma getməzdən 2 gün öncə  onunla məclisdə görüşdük.
Elza, bəxtin onda gətirdi ki, sən qardaşımın məclisində idin".


R.Zərgərli əməkdar artist E.Seyidcahanın ona qarşı səhv hərəkət etdiyini vurğulayıb:



"Kinli deyildim. Masamızda əyləşəndə “xoş gördük” deyə səsləndim. O isə başını buladı. Elə bildim, bir az qaranlıqdı, saçım da uzandığı üçün məni tanımadı. Yenə “Ay qız, xoş gördük” söyləsəm də, çönüb Vüsal Hacıyevə “Bu kimdi, tanımıram” dedi".


Müğənni sonda bu sözləri əlavə edib:


 "Allaha and olsun, başına dərd açırsan, qızım.  Keçən dəfə dediyim sözlər ,deyəsən , azlıq edib".


Showxeber Bizi instagramda izləyin



Maqazin 7.11.2021 26
Bütün Xəbərlər