14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Bu 5 bürcdən UZAQ DURUN - Astroloqlardan xəbərdarlıq
Astralogiya 7.11.2021 140

Bəzi insanların davranışları bürclərinin xüsusiyyətləri ilə üst-üstə düşmür, digərləri isə eyni ilə ulduzların özəlliklərini özündə əks etdirir.

Xarici mətbuat xəbər verir ki, astroloqların araşdırmalarına görə, Əqrəb, Şir, Oğlaq, Qoç və Dolça təhlükəli bürclər siyahısına daxil edilir.

Onların bir çox xüsusiyyətləriylə ətrafdakıları sözün əsl mənasında qorxudur. Lakin düşünməyin ki, bu bürclərin müsbət xüsusiyyətləri yoxdur.

Sadaladığımız hər bürcün xoşagələn tərəfləri də var.
Unutmaq olmaz ki, dünyada heç birimiz ideal deyilik. Sadəcə bəzi bürclər qəribəlikləri ilə daha çox seçilir.

1. Əqrəb
Qısqancdır. Qarşısındakının 7 qatından keçən cümlələr qura bilər. Qəfil əsəbiləşir və tez sakitləşir. Həddən artıq sərt reaksiyalar göstərə bilər. Ona etdiyiniz pislikləri heç vaxt unutmur və kinlidir. Sevmədiyi insana qarşı acımasızdır. Sevmədiyi insanların uğursuzluqları onları xoşbəxt edir. Eqoistdir.

2. Şir
Daim həyasızlıq edir. Amansız xarakterə malikdir. Şirin bütün xüsusiyyətlərini özündə əks etdirir. Vəzifəsindən asılı olmayaraq diktatorlar kimi davranır.

Lider olmaq istəyir. Qabağına keçənə qalib gəlmək üçün bütün pislikləri edə bilər. Sərt olsa da, özü daim əzizlənmək və diqqət görmək istəyir. Eqoistdir.

3. Qoç
Başqalarının hisslərinə laqeyd yanaşır və eqoistdir. Ən önəmli insan özüdür. Kobud və qərəzlidir.

4. Dolça
Tərs və sərtdir. Hisslərini bəlli etməz. Qarşındakı insanı inandırmaq üçün hər şeyi edər. Eyni zamanda daim narahat və utancaqdır. Üsyankar ruhludur. Hər kəsdən vacib və ən əhəmiyyətli şəxs özüdür.

5. Oğlaq
Paxıl və duyğusuzdur. Tamahkar və problemli insandır. Sosial həyatda təkdir.

Bədbin və ehtiraslıdır. Görünüşə, pula, nüfuza çox çox əhəmiyyət verir.publika.az






Starxeber Bizi instagramda izləyin