17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Braziliyada quyruqlu uşaq doğuldu
Maraqlı 7.11.2021 110

Braziliyada tibb dünyasını şoka salan hadisə baş verib.


Belə ki, xəstəxanaya gələn hamilə qadının doğuş vaxtının çatmadığını təyin edən həkimlər ananın həyatını riskə atmamaq üçün körpəni götürməli olublar.

Körpə vaxtından əvvəl doğulub, lakin doğumla bağlı yeganə maraqlı şey bu deyil. Həkimlər körpəni təhvil verəndə görünməmiş vəziyyətlə qarşılaşıblar. Onun arxasında 4 sm enində, 12 sm uzunluğunda quyruq olub.

 

“Journal of Pediatric Surgery Case Reports” jurnalında dərc olunan hadisə ilə bağlı təfərrüatlar da diqqət çəkib. Buna uyğun olaraq, Braziliyada baş verən doğum bəşər tarixində 40 hadisə arasındadır. Daha əvvəl də bəzi körpələrin bu şəkildə doğulduğu bildirilib.

Jurnalın müəllifləri belə bir doğuşa ilk dəfə 19-cu əsrdə rast gəlindiyi barədə məlumat paylaşıblar. Mütəxəssislər körpələrin ana bətnində quyruq əmələ gəldiyini, lakin bu quyruğun sonradan yoxa çıxdığını bildiriblər.

Vaxtından əvvəl doğulan, quyruğu olan körpə isə əməliyyatdan sonra quyruqdan xilas olub.









Starxeber Bizi instagramda izləyin