Messi Madridə gedir

PSJ-nin futbolçusu Lionel Messi zədə səbəbindən bir neçə oyun buraxacaq.


Operativ24.Az xəbər verir ki, 34 yaşlı hücumçu sentyabrda Argentina millisinin heyətində Venesuela ilə matçda (3:1) zədələnib. Ağrıların o vaxtdan oyunçunu narahat etdiyi və bərpanın bir az vaxt aparacağı bildirilib. Messi Madriddəki klinikalardan birində reabilitasiya kursu keçməyi planlaşdırır.

O, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 17-də Braziliya ilə keçiriləcək oyuna kimi tam sağalmaq istəyir.

Qeyd edək ki, Messinin zədəyə görə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leyptsiq"lə görüşü buraxacağı dəqiqləşib.



Showxeber Bizi instagramda izləyin



İdman 2.11.2021 231
Bütün Xəbərlər