10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Vilayət Eyvazovun tapşırığı ilə daha bir müraciət həllini tapdı
Sosial 2.11.2021 207

Hüquq-mühafizə orqanlarına vətəndaş etibarı və qanunun aliliyinin təmin edilməsi ölkələrin təməl prinsiplərindən biridir. Bu baxımdan Azərbaycanda son zamanlar müsbət istiqamətdə dəyişiklikləri xüsusilə vurğulamaq lazımdır. Hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdə aktiv fəaliyyəti, vətəndaş müraciətlərinə diqqətlə yanaşılması, operativ və qanunamüvafiq reaksiya problemlərin qısa zamanda həllinə imkan yaradır.


Növbəti dəfə daxili işlər naziri cənab Vilayət Eyvazova ünvanlanmış müraciət onun göstərişi ilə qısa zamanda həllini tapıb.

Belə ki, bir neçə dəfə məhkumluq həyatı yaşamış və insanların etibarından istifadə edərək onlara maddi-mənəvi ziyan vurmuş, dələduzluq etmiş şəxs haqqında daxili işlər naziri cənab Vilayət Eyvazovun göstərişi ilə Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi tərəfindən qısa müddətdə araşdırma aparılıb. Araşdırmalar nəticəsində sözügedən şəxs, Bakının Yasamal rayonunda daimi qeydiyyatda olan Sarızadə Elşən Rasim oğlu ilə bağlı müvafiq tədbirlər görülüb. Özünü əsasən “polis əməkdaşı” və ya müxtəlif qurumların vəzifəli əməkdaşı kimi təqdim edərək insanların etibarından sui- istifadə edən, vətəndaşlara müəyyən vədlər verərək maddi və mənəvi ziyan vuran Elşən Sarızadənin törətdiyi əməllərinə görə barəsində bundan öncə də dəfələrlə müxtəlif maddələrlə cinayət işi açılıb, hətta məhkum olunub.

Xatırlatmaq yerinə düşər ki, ona Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021- ci il (iş N-1 (006)-199/2021) qərarı ilə bir il altı ay azadlığın məhdudlaşdırılması cəzasının verilməsinə baxmayaraq, eyni əməlləri təkrar törətməyə davam edib. Bu müddət ərzində istintaqdan yayınaraq gizlənib və bu səbəbdən, barəsində axtarış elan olunub. Axtarış nəticəsində Sarızadə Elşən Rasim oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Bakufakt.Az olaraq sözügedən şəxsin qanunun müvafiq tələblərinə uyğun cəzalandırılması barədə müraciətimizi diqqətə alaraq əsaslı həllinə tapşırıq verdiyi üçün daxili işlər naziri Vilayət Eyvazov cənablarına, bu tapşırığın həlli üçün göstərdiyi fəaliyyətə görə BŞBPİ və YRPİ rəhbərliyinə, əməkdaşlarına təşəkkürümüzü bildiririk.

Məhz daxili işlər naziri cənab Vilayət Eyvazovun müraciətimizə qısa zamanda verdiyi reaksiya və məsələnin həlli üçün tapşırığı, polis əməkdaşlarının bu tapşırığın icrası istiqamətində qısa müddətdəki nəticəyönümlü fəaliyyəti insanların etibarından sui-istifadə edərək onlara maddi-mənəvi ziyan vuran şəxsin əməllərinə hüquqi qiymət verilməsini şərtləndirib.

Məsələnin həllində böyük xidməti olan, öz peşə vəzifəsini layiqincə yerinə yetirən YRPİ-nin müstəntiqi Əsədov Elnur Oruc oğlunun da fəaliyyətini xüsusi qeyd etməyi özümüzə borc bilirik.

Bir daha əminliklə deyə bilərik ki, Azərbaycan polisi bizi qoruyur!






Starxeber Bizi instagramda izləyin