22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
İkinci Qarabağ müharibəsinin iştirakçılarına veteran statusunun veriləcəyi tarix məlum oldu
Sosial 2.11.2021 298

“Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edib şəhid, qazi, veteran olan hər kəs eyni status daşıyır”.


Operativ24.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, Birinci Qarabağ Müharibəsi veteranlarının aldıqları aylıq 80 manat müavinət İkinci Qarabağ Müharibəsi qazilərinə də veriləcək:

“Sadəcə, siyahıda dəqiqləşmə gedir. İlkin mərhələdə onlara da 80 manatın verilməsi planlaşdırılır. Gələcəkdə artırılıb-artırılmamasına baxılacaq. Nə qazilərin, nə şəhidlərin, nə veteranların - heç birinin statusunda fərq yoxdur. Qanun hamı üçündür”.

İkinci Qarabağ Müharibəsi iştirakçılarına veteran statusunun hələ də verilməmə səbəbinə aydınlıq gətirən komitə sədri deyib ki, bu, bəzi iştirakçıların müalicələrinin tam bitməməsi, əlilik dərəcəsinin müəyyən edilməməsi və dəqiqləşmə işlərinin aparılması ilə bağlıdır.

“Çünki əliliyi müəyyən edilənlər veteran olmur. Veteran statusu ancaq müharibədə iştirak edib, hansısa xəsarət alan, amma əliliyi olmayanlara verilir. Yəqin ki, yaxın günlərdə, yeni ilə qədər artıq bununla bağlı qərar veriləcək” (modern.az).







Starxeber Bizi instagramda izləyin