Gündəlik Bürclər - 02.11.2021

Qoç
Uzun zamandır görüşmədiyiniz köhnə dostlarınızla qarşılaşacaqsınız. Fikirlərinizi sevgilinizlə paylaşacaqsınız. Enerjinizi faydalı işlə məşğul olmaqla tükətin. Bu baxımdan məhsuldar gündür.

Buğa
Yığıncaqlara qatıla, dostlarınızla əyləncəli vaxt keçirə bilərsiniz. Planlarınızı və qərarlarınızı yaxınlarınıza açıqlamaqla onlardan dəstək alacaqsınız. Sağlam düşüncələriniz ətrafdakılar tərəfindən qəbul ediləcək.

Əkizlər
Pul sarıdan çətinliklər istisna deyil. Xərcləmələrinizə hər vaxt olduğundan daha çox diqqət göstərməlisiniz. Kollektiv işlər görərək, gərginliyinizi azalda bilərsiniz.

Xərçəng
Istəklərinizi açıqlamaqdan utanırsınız. Nəticədə bədbin duyğular sizi yorur. Əhvalınızı yüksəldin və pozitiv olmağa çalışın.

Şir
Bu gün duyğularınız sizi tam fərqli yerlərə apara bilər. Keçmiş günlər yada düşəcək. Həyəcanverici xəbərlər ala bilərsiniz. Əlaqələrinizi daha da möhkəmləndirəcəksiniz. Qatıldığınız məclisdə əylənəcəksiniz.

Qız
Gələcəklə bağlı fikirlər sizə rahatlıq vermir. Amma narahatlığa əsas yoxdur. Münasibətlərə gəlincə, həssas davranaraq, təsiredici olacaqsınız. Sevgilinizlə aranızdakı münasibət getdikcə daha da yaxşılaşır.

Tərəzi
Uzaqdan xəbər alacaqsınız. Səyahətə çıxmaqla başınızı qarışdıra bilərsiniz. Səfər etmək şansı olmayanlara açıq havada gəzintiyə çıxmaq məsləhətdir. Ulduzlar bu məsələdə ağaclıq yerləri seçməyi təklif edir.

Əqrəb
Bu gün alacağınız xəbər əhval-ruhiyyənizə mənfi təsir göstərə bilər. Ancaq hadisələrin inkişafına müdaxilə etməyin, xüsusilə gərəksiz mübahisələrə grişməyin. Eyni vaxtda çox məsələ ilə maraqlanmaq məcburiyyətində qalacaqsınız.

Oxatan
Müxtəlif fikirlərinizi dostlarınızla paylaşa bilərsiniz. Bu gün son dərəcə maraqlı ideyalarınız olacaq. Yaxınlarınızla aranızdakı əlaqələr daha möhkəm olacaq. Birlikdə keçirəcəyiniz tədbirdə çox əylənəcəksiniz.

Oğlaq
Planlarınızı tətbiq etməmişdən əvvəl onu hamıya açıqlamayın. Əlaqələrinizdə ortaya çıxan bəzi qarışıqlıqlar üzündən çətinlikləriniz olacaq. Uzun zamandır görmədiyiniz bir dostunuz ziyarətinizə gələcək.

Dolça
Səbrsiz olacağınız bir gündür. Buna baxmayaraq, sevdiyiniz şəxslə münasibətiniz normal olacaq. Yola çıxmaq üçün münasib gün deyil. Gündəlik işlərlə başınızı qarışdırın.

Balıqlar
Yoldaşlarınızı evinizə dəvət edərək, əyləncəli yığıncaqlar təşkil edə bilərsiniz. Sevdiyiniz şəxslə aranızdakı münasibəti daha da möhkəmləndirmək imkanı yaranacaq. Qohumlarınız və ya yoldaşlarınızın problemlərinin həllində köməkçi olacaqsınız.


Showxeber Bizi instagramda izləyin



Astralogiya 2.11.2021 237
Bütün Xəbərlər