Bu gün mərhum təşkilatçı və prodüser, “Səs music organization”nun rəhbəri Nahid Emiloğlunun ölümündən 3 il keçir.
SHOWXEBER.AZ xəbər verir ki, prodüser ürək çatışmazlığından əziyyət çəkib.
O, Bakıda və Türkiyədə əməliyyat olunub, ürəyinə stent qoyulub. N.Emiloğlu məşhur xarici müğənnilərin Bakıda konsert proqramlarının təşkilatçısı olub.
Yaşasaydı, prodüserin 9 noyabrda 43 yaşı tamam olardı.
Qeyd edək ki, Nahid Emiloğlu Kürdəmir rayonunda dəfn edilib.
Allah rəhmət eləsin!