Türk müğənnisi Ebru Yaşar ötən gecə "Fashion TV" Moda mükafatları gecəsinə qatılıb.
Daha öncə geyindiyi ayaqqabı ilə tədbirə gələn müğənni müxbirlərin bununla bağlı suallarını cavablandırıb.
"İndi vəziyyət başqadır. Maddi vəziyyət o qədər də yaxşı deyil. "Bir geyindimi ikinci dəfə geyinmərəm" deyən insanlara çox az rast gəlinir", deyə müğənni bildirib.
Qeyd edək ki, müğənninin Versace ayaqqabısının qiyməti 2300 avrodur.