22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 11.04.2019 347

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “ANS”i məhkəməyə verərək 86 min manat tələb edib.

operativ24.az “qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin Teleradio İstehsalat Birliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh, “ANS” Müstəqil Yayım və Media Şirkətindən 86 222,90 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunu alınaraq “Teleradio İB”yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.


İddia tələbi onunla əsaslandırılıb ki, “Teleradio” İstehsalat Birliyi ilə cavabdeh “ANS” arasında 2004-cü il sentyabrın 1-də müqavilə imzalanıb. Müqaviləyə əsasən “Teleradio” İB “ANS”-in avadanlıqlarına enerji təminatını, texniki xidmət, mühafizə və təhlükəsizlik xidmətlərini yerinə yetirib. Oxşar müqavilə 2010-ci il yanvarın 25-də Teleradio İB ilə ANS ÇM arasında da imzalanıb.
Birinci müqavilədən “ANS” TV-nin “Teleradio”ya 72 773,49 manat, ikinci müqavilədən “ANS ÇM”in isə 13 499,41 manat borcu yaranıb.


“Teleradio” yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə, sonuncu dəfə 2017-ci il iyulun 17-də müraciət etsə də, heç bir ödəniş olunmayıb.
“ANS” Müstəqil Yayım və Media Şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməyib.

Məhkəmə gedişatında “Teleradio” İB-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, “ANS ÇM”in borcunu bağışlayaraq, yalnız TV-nin borcuna görə “ANS” şirkətindən 72 773,49 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İstehsalat Birliyinə ödənilməsini xahiş edib.


Hakim Səbinə Nuriyeva iddianı təmin edib və qeyd olunan məbləğin “ANS”dən tutularaq Teleradio İstehsalat Birliyinə ödənilməsinə qərar verib.






Starxeber Bizi instagramda izləyin