17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Park Cinema qiymətləri endirdi
Sosial 1.11.2021 304

Bu gündən, yəni noyabrın 1-dən etibarən LaseR və Dolby Atmos zallarına seansların biletlərinin qiymətləri adi zallara biletlərin qiymətinə bərabər olacaq və filmin formatından asılı olaraq, artıq 6,50 (2D) ilə 7,80 manat (3D) arasında dəyişəcək.


Operativ24.Az xəbər verir ki, eyni zamanda, bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri eyni zalların qiymətləri 3.30 (2D) ilə 4.30 (3D) arasında olacaq.

LaseR zalı "Park Cinema Park Bulvar” kinoteatrında yerləşir. Zalın tutumu 199 yerə bərabərdir (antikovid tədbirləri ilə əlaqədar indi onun tutumu 99 nəfərdir) və bu, Azərbaycanda bir ilkdir. Bu zalda yerləşdirilmiş yeni nəsil proyektor tamaşaçılara filmə baxışı yeni səviyyəyə qaldıran aydın, parlaq və zəngin görüntü açır. Adi proyektorlardan fərqli olaraq, yeni nəsil lazer proyektor parlaqlıq verir və kontrastı artırır və bununla da tamaşaçıya böyük ekranda mümkün qədər aydın təsviri görməyə imkan verir. Kontrast çox parlaq və çox tünd rənglər və hamar rəng keçidlərini nümayiş etdirərkən proyektora inanılmaz dərinlik və realizm əldə etməyə imkan verir.

Dolby Atmos "Park Cinema Metropark”da yerləşir. Dolby Atmos kanallara deyil, audio obyektlərə əsaslanan çoxkanallı səs sistemidir. Bu formatda filmin çəkilişi zamanı rejissorlar səs mühəndisləri ilə birlikdə obyektin (bu, uşaq ağlaması, helikopter uçuşu, avtomobil siqnalı və s. ola bilər) hansı trayektoriya ilə hərəkət edəcəyini müəyyən edir və buna uyğun olaraq obyektin trayektoriyasına uyğun olaraq zala səs çıxarılır.

Həmçinin, Park Cinema kinoteatrlar şəbəkəsində tələbələr üçün xüsusi tariflər fəaliyyətini davam etdirir. Azərbaycan universitetlərinin tələbələri tələbə biletini təqdim etdikdən sonra biletləri 4,50 manatdan 5,50 manata qədər qiymətinə ala bilərlər.
 
Park Cinema həmişə olduğu kimi öz tamaşaçılarına çoxlu sayda filmlər təqdim edir.

Repertuar və cədvəl haqqında daha ətraflı məlumatı parkcinema.az saytında və iOS və Android proqramlarında əldə etmək olar.






Starxeber Bizi instagramda izləyin