17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Qafan-Çakaten yolu Azərbaycanın nəzarətinə keçdi - Erməni deputat açıqladı
Qarabağ 30.10.2021 176

"Paşinyanın strateji yolları qorumaq üçün qoşunların çıxarılması ilə bağlı bəyanatları absurddur".


Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu oktyabrın 29-da müxalif “Ermənistan” blokunun deputatı Anna Qriqoryan Ermənistan hökumətinin başçısının Milli Məclisin sessiyasındakı son qalmaqallı çıxışını şərh edərkən belə deyib. 

O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, o, strateji əhəmiyyət kəsb edən yolları itirməmək üçün qoşunların Sünikdən (Zəngəzur - red.) çıxarılması barədə göstəriş verib. 

"Mən bildiyimə görə, hazırda Gorus-Qafan yolunun ən azı bir hissəsi Azərbaycanın nəzarətindədir", - Qriqoryan bildirib. O vurğulayıb ki, strateji dövlətlərarası Gorus-Qafanyolunun hissəsi Ermənistanın Paşinyanın əmrindən sonra verdiyi yeganə itki deyil.

“Digər bir yol, həm də strateji əhəmiyyət kəsb edən Qafan-Çakaten yolu Azərbaycanın nəzarətinə keçdi.

Xüsusilə nəzərə alsaq ki, bu, Ermənistan üçün Meğriyə gedən alternativ yoldur. Onun üzərində bir neçə kənd var. Deməli, onun verdiyi açıqlama heç bir şəkildə əsaslandırıla bilməz”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Çakaten Gəncə quberniyasına aid kənd olub. 1920-ci ildə Zəngəzur ermənilərə qanunsuz olaraq verilərkən, kəndin əsas hissəsi Qafana düşüb.







Starxeber Bizi instagramda izləyin