Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla fotosunu paylaşıb.
Operativ24.Az xəbər verir ki, Dövlət başçısının rəsmi “Twitter” hesabından paylaşılan fotoya qeyd edilib:
“Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.
Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.//unikal.org