Məhkəmə uşaqları ananın əlindən aldı - MƏTANƏT QALİB GƏLDİ

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.

Binəqədi Rayon Məhkəməsində Etibar Mustafayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

A.Həmidovanın vəkili Namiq Hacıyevin məlumatına görə, iddia qismən təmin olunub.

Hakim A.Həmidovanın boşanma tələbini təmin edib. Qərara əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib və ata tərəfindən ümumilikdə aylıq 525 manat alimentin ödənilməsi dayandırılıb.

Qeyd edək ki, vəkil A.Həmidovanın qərardan narazı olduğunu, apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.


Showxeber Bizi instagramda izləyin



Maqazin 28.10.2021 309
Bütün Xəbərlər