Həbsdə olan jurnalistdən XƏBƏR VAR

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) cinayət işi icraata verilib.

Operativ24.Az-ın məlumatına görə, M.Ələkbərovun işinə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.


Showxeber Bizi instagramda izləyin



Sosial 28.10.2021 105
Bütün Xəbərlər