Bakıda ŞOK OLAY: 18 yaşlı qızın mədəsindən görün nə çıxdı (VİDEO)

"İştahım yoxdur, saçlarım tökülür deyib həkimə müraciət etdi, cərrahi yolla mədəsindən 2 kq 370 qram daşlaşmış tük topası çıxarıldı. Qeyri adi hadisə ölkəmizdə baş verib. Əməliyyatdan sonra mədəsindən daşlaşmış tük çıxdığını bilən 18 yaşlı qız ilk dəfə  həkiminə illərdir saçını yediyini etiraf edib.


Operativ24.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, görüntülər Bakıdakı xəstəxanaların birində lentə alınıb. Cərrah Fuad Qurbanov 45 dəqiqə davam edən açıq əməliyyat ilə 18 yaşlı qızın mədəsindən 2 kq, 370 qram daşlaşmış tük çıxarıb.

Cərrah deyir ki, xəstə ürək bulanma, iştahsızlıq, kəskin arıqlama və saç tökülməsi şikayəti ilə müraciət edib. Aparılan müayinələr zamanı onun mədəsində 2 törəmə aşkarlanıb. 

Əməliyyat zamanı mədəsindən daşlaşmış tük çıxdığını bilən qız, ilk dəfə həqiqətləri həkiminə danışıb.

Həkimin sözlərinə görə, belə xəstələrdə ciddi psixoloji pozğunluq olur. Bu səbəbdən də özünə qapanaraq, belə vərdişlərə yiyələnirlər.

Hazırda sözügedən xəstənin vəziyyəti hər ötən gün daha da normallaşır. Lakin həkim bildirdi ki, növbəti mərhələdə onun psixoloq müayinəsində olması mütləqdir.





Showxeber Bizi instagramda izləyin



Sosial 28.10.2021 368
Bütün Xəbərlər