22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Zəfər günü PARAD OLMAYACAQ - RƏSMİ
Sosial 27.10.2021 95

Noyabrın 8-i Zəfər günü ilə bağlı Bakıda möhtəşəm hərbi paradan keçirilməsinə dair məlumatlar yayılır. 


Maraqlıdır, qələbənin ilk ildönümü ilə bağlı paytaxtda parad və ölkə hüdudunda hansısa tədbirlərin keçirilməsi planlaşdırılırmı?

Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Məmmədov Operativ24.Az-a açıqlamasında paradın keçirilməsi barədə məlumatsız olduğunu, amma ölkəmiqyaslı tədbirlərin təşkil olunacağını söyləyib: 

“Zəfər günü ilə bağlı tədbirlər əlbəttə ki, olacaq. Keçirilən tədbirlər ölkə miqyaslı olduğu üçün bununla bağlı Prezident Administrasiyasından təlimat gəlməlidir. Biz həmin tədbirlərin həm təşkilatçısı, həm də iştirakçısıyıq. Paradın keçirilib-keçirilməyəcəyi ilə bağlı isə məlumatım yoxdur. Bəlkə parad olacaq, ya başqa bir tədbir keçiriləcək, bilmirik. Ölkəmiqyaslı tədbirlər planı isə bizə növbəti həftə təqdim olunacaq. Çünki hazırda rayon icra hakimiyyətlərinin hamısının başı şəhidlərin il məqarsimlərinə qarışıb”.

Paytaxtda hərbi paradın keçirilməsinə gəlincə, məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etsək də, cavab ala bilmədik. 

Xatırladaq ki, Qələbəyə həsr olunmuş ilk zəfər paradı 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.






Starxeber Bizi instagramda izləyin