22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Hoteldə dəhşətli şəkildə bıçaqlanan müğənnimiz ilə bağlı ŞOK GERÇƏK ÜZƏ ÇIXDI
Hadisə 27.10.2021 155

Ölkə mediasında 23 bıçaq zərbəsilə oteldə qətlə yetirildiyi bildirilən müğənni Aygün Mirzəyeva bu gün “Space TV”nin “TərəfSiz” tok-şousunda qonaq olub.


Operativ24.Az  xəbər verir ki, müğənni efirdə başına gələn hadisənin real təfərrüatlarını və törədilən cinayət hadisəsinin səbəbləri barədə danışıb.

Xatırladaq ki, iyulun 16-dan etibarən sosial şəbəkələrdə Nizami rayonunda yerləşən otellərin birində müğənni A.Mirzəyevanın qətli ilə bağlı videogörüntülü xəbərlər yayılıb. Otel otağındakı kamera vasitəsilə lentə alındığı iddia olunan kadrlarda cinsi əlaqədə olan şəxslərin başqasına tutulması və həmin adamın onlara bıçaqla hücum edərək qadını öldürməsi əks olunmuşdu.

Cinayət hadisəsi barədə Nizami Rayon Prokurorluğu tərəfindən məlumat yayılaraq faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlandığı, şübhəli şəxs qismində Əli Məmmədovun tutularaq istintaqa cəlb edildiyi bildirilmişdi.

Lakin, media nümayəndələri istintaqı davam edən cinayət hadisəninin qurbanı A.Mirzəyevanın səhhəti və hadisənin real motivlərini araşdırmadan həqiqəti əks etdirməyən görüntülərin üzərindən dezinformasiya xəbər başlıqlarını tirajlamağa davam etmişdi.

Qeyd edək ki, 24 illik yayım tarixi olan “Space TV”də yeni mövsümlə bağlı bir çox dəyişikliklər edilib.  Məşhur aparıcıların fərqli təqdimatı ilə yeni proqramlara imza atan “SpaceTV”də daha bir sosial layihə efirə başlayıb.

Cəmiyyəti narahat edən sosial problemlərin və aktual hadisələrin müzakirə olunduğu “TərəfSiiz” tok-şousu həftə içi hər gün saat 16:00-dan 19:00-dək tanınmış aparıcı Ramal Hüseynovun təqdimatında yayımlanır.

“TərəfSiz” tok-şousunun 27 oktyabr 2021-ci il tarixli – ölkədə məişət zorakılığı zəmnində törədilən qadın qətillərinin analiz olunduğu efir günündə də müğənninin başına gətirilən hadisələrin təhlilinin davam etdirilməsi nəzərdə tutulur.  







Starxeber Bizi instagramda izləyin