22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik” - Ərdoğan
Siyasət 26.10.2021 78

"Bu gün qardaşım İlham Əliyevlə görüşdə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəyə dair planları dəyərləndirmək imkanı qazandıq. Hamısından öncə isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardığımız əlaqələrimizi necə daha irəliyə apara biləcəyimizi müzakirə etdik”.


Operativ24.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, tək millət, iki dövlət olmanın verdiyi ortaq şüur və ruhla hərəkət edirik: “Azərbaycan bölgənin gerçək potensialının reallaşmasına mane olan işğalı şanlı zəfəri ilə sona çatdırdı. İllərdir, həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qərarını özü həyata keçirdi. Vəziyyət bu gün davamlı sülhün təmin olunması və gözlənilən normallaşma yönündə durum heç olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməsi gərəkdir. Biz bölgədə davamlı sülh və ətraflı normallaşmaya tərəfdarıq. Bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolları təkcə Azərbaycan və Türkiyə deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İqdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək. Bu prosesdən İran, Gürcüstan, Ermənistan daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Xülasə, bu layihələr kimisə kənarda qoymaq deyil, layihəyə daxil etmək üçün üçündür”.







Starxeber Bizi instagramda izləyin