Prezident İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26 oktyabr 2021-ci il tarixində Azərbaycana birgünlük səfərə gələcək.
Operativ24.Az xəbər verir ki, Türkiyənin dövlət başçısı İlham Əliyevlə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılacaq.
Daha sonra liderlər bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərində iştirak edəcək.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, hazırkı regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.