Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ÖLDÜ

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


Operativ24.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Showxeber Bizi instagramda izləyin



Hadisə 25.10.2021 403
Bütün Xəbərlər