Bakıda dələduzluq edən qadın tutuldu

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Operartiv24.Az-a verilən məlumata görə, DİN əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Showxeber Bizi instagramda izləyin



Hadisə 25.10.2021 6
Bütün Xəbərlər