10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Əfsanəvi Feniks quşu Qarabağ Dirçəliş Fondunun loqosunda – FOTO – VİDEO
Sosial 25.10.2021 150

Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun loqotipində əfsanəvi Feniks quşu təsvir olunacaq.

Xatırladaq ki, öz fəaliyyətini şəffaflıq, hesabatlılıq və cəmiyyət ilə sıx əməkdaşlıq prinsipləri əsasında quran Qarabağ Dirçəliş Fondu bir müddət öncə özünün yeni yaranacaq loqotipinin dizaynının hazırlanması məqsədilə müsabiqə elan etmişdi.
Loqotipin hazırlanmasında əsas meyar sadə və ruhlandırıcı olması, eyni zamanda ideya olaraq inkişafı, dirçəlişi, müasirliyi və rifahı ehtiva etməsi idi.

Müsabiqə müddətində Fondun elektron poçtuna 50-yə yaxın müraciət daxil olub. Elan olunan parametrlərlər üzrə qiymətləndirmədən sonra “Maxmedia” kreativ agentliyi tərəfindən təqdim olunan loqotip müsabiqənin qalibi seçilib.

Müsabiqədə seçilən loqotipin emblem hissəsində qədim mifologiyalarda küllərindən yenidən doğulma qabiliyyətinə sahib bir varlıq - əbədi yenilənmənin, ölümsüzlüyün və yenidən dirilişin simvolu hesab olunan əfsanəvi Feniks quşu təsvir olunub.


Fövqəltəbii xüsusiyyətlərə malik olan, adını qırmızı rəngindən alan bu nəhəng varlıq qədim xalqların mifolgiyasında Anka, Simurq, Zümrüd quşu və digər adlarla tanınır.

Rəvayətə görə, Feniks quşu sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verər, onlara bir çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırarmış.

Eyni zamanda, Feniks quşu həyat ağacını səmadan yerə endirən, insanlara həyatı, yaşamağı öyrədən bir quşdur.

Təsadüfi deyil ki, bu quşun “bilgi ağacı üzərində” oturduğu deyilir. Rəvayətə görə, Feniks quşu həyat ağacının dalınca gedərkən oddan-alovdan keçir və ona görə də onun qanadları əbədi yanır. Ancaq bu quş öz yanmış külündən yenidən doğulur, o, əbədi yaşayır.

Türk mifologiyasında bu əfsanəvi quş Qonrul və Toğrul adları ilə tanınır.

Bəzi mənbələrə görə, bu quş hunların məşhur hökmdarı Attilanın və bəzi Oğuz boylarının bayrağında da təsvir olunub. Rəvayətə görə, Oğuz xaqan ilk həyat yoldaşını başında bu quş olan bir ağacın altında tapmışdı.

Türk mifologiyasındakı Qonrul quşu Simurqa və Feniksə bənzər süjetlə xatırlanır. Ancaq onun iki fərqli səciyyəvi xüsusiyyəti var.

Birincisi, Qonrul o qədər dözümlü quşdur ki, göyün son həddinə qədər uça bilir.

İkincisi isə, onun əkizinin olmasıdır. Bu Toğrul quşudur.

Bir əfsanəyə görə, Toğrul quşu monqollara, Qonrul quşu isə türklərə işarədir.

Hətta hunların tarixi ilə bağlılığı olan macarların gerblərində milli simvol olaraq istifadə etdikləri və adına Turul dedikləri bu quşun heykəllərinə Macarıstanın bir çox yerlərində bu gün də rast gəlmək olar.

Qonrul quşunun rəngi də qonur-qırmızıdır. Yəni, o da bir növ atəşi simvolizə edir. Elə qonur kökü də quşun rənginə işarədir.

Qədim miflərə əsasən həm Feniks, həm də Qonrul və Toğrul quşu xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Bu baxımdan bu quşun Qarabağ Dirçəliş Fondunun loqotipində öz əksini tapması heç də təsadüfi deyil.

İşğaldan əvvəl Qarabağ xoşbəxt insanların yaşadığı çiçəklənən bir diyar idi. Lakin erməni işğalı dövründə misli görünməmiş dağıntılara məruz qaldı. Şəhərlər və kəndlər xarabazara çevrildi, yaşıllıqlar məhv edildi, külə döndü.

Buna baxmayaraq biz yenidən Qarabağa qayıtmaq, onu yenidən çiçəklənən bir diyara çevirmək arzumuzun nə vaxtsa reallığa çevriləcəyinə əmin idik.

Bu gün xarabalıqlara çevrilmiş, arxitekturası, təbiəti məhv edilmiş Qarabağmız da Feniks quşu kimi yenidən öz “küllərindən” doğulur, dirçəlir.

Əminliklə deyə bilərik ki, çox qısa zamanda biz doğma Qarabağımızı əvvəlkindən də gözəl bərpa edəcəyik, onu inkişaf etdirəcəyik, dirçəldəcəyik, əvvəlki əzəmətini və füsunkarlığını özünə qaytaracağıq. Buna nail olmaq üçün isə hər birimiz səfərbər olmalı, bu işə öz töhfəmizi verməliyik.

Bu baxımdan Feniks quşu tək Qarabağımızın dirçəlişinin deyil, həm də xalqımızın birliyinin, həmrəyliyinin rəmzidir.






Starxeber Bizi instagramda izləyin