17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Marketdən 5 manat oğurladı - 8 il yarım həbs cəzası aldı
Kriminal 23.10.2021 92

Xətai rayonunda “Al Market”ə basqın edən 1991-ci il təvəllüdlü Orxan Bayramovun cinayət işi üzrə bir sıra məqamlar bəlli olub.

“Qafqazinfo”nun məlumatına görə, oğurluq məqsədi ilə mağazaya daxil olan O.Bayramov kassadakı 1200 manat pulu oğurlamağa cəhd edib.

Hadisə yerindən qaçmaq istəyərkən mağazanın müdir müavini onun qarşısını kəsərək pulları geri almağa çalışıb. Bayramov üzərindəki bıçaqla mağazadakı işçiləri hədələyib. Münaqişənin sonunda işçilər O.Byramovdan pulları almağa müvəffəq olublar. O, 1200 manatdan yalnız 5 manat götürə bilib və hadisə yerindən qaçıb.

Məhkəmədə dindirilən zaman məlum olub ki, təqsirləndirilən şəxs narkotik almaq üçün mağazadan pul oğurlamaq istəyib: “Ara-sıra narkotik istifadə edirəm. Həmin gün istifadə etmədiyinə görə bədənimdə ağrılar başlamışdı. Narkotik almağa pulum olmadığından yaxınlıqdakı “Al Market”ə girməyə qərar verdim. Kassada heç kəsin olmadığını görüb pulları oğurlamaq qərarına gəldim. Mağazadan çıxmaq istəyəndə işçilərdən biri qabağımı kəsdi. Məni tutan oğlan pulları əlimdən aldı. Məni buraxmaları üçün bıçağı çıxarıb bildirdim ki, yaxınlaşmasınlar, tez çölə çıxdım. Üzərimdəki bıçağı ağaclıq əraziyə tulladım. Bir az sonra evə polislər gəldi. Hadisə zamanı mağazadan heç bir məbləğdə pul götürməmişəm”.

 Marketin müdir müavini Əlibala Orucov ifadəsində bildirib ki, hadisə vaxtı satıcı Zəfərlə piştaxtalara malların yerləşdirilməsi ilə məşğul olublar. Buna görə başları bir qədər qarışıq olub: “Zəfərə kassaya getməsini tapşırdım. Həmin vaxt mağazaya daxil olan hündürboylu bir oğlan kassaya yaxınlaşaraq pulları götürdü. Dərhal oğlanın arxasınca getdim, onun qarşısını kəsib pulları qaytarmasını tələb etdim. Oğlanın qaçmaq istədiyini hiss edib onu mağazanın içinə doğru itələdim. Əlini qapının çöl tərəfinə sıxdım və pullar yerə töküldü. Bu zaman oğlan bıçaq çıxardı, yerə tökülən pulları yığmaq istədi. Həmin vaxt Zəfər oğrunun əlindən pulları aldı, oğlan qaçıb getdi. DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat verdik. Oğlanın nə qədər pul aparmasını yoxlayarkən 5 manat əskik olduğunu müəyyən etdik. Heç birimiz xəsarət almadıq”.

Məhkəmədə mağaza rəhbərliyi və işçilər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər.


O.Bayramov Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilib.







Starxeber Bizi instagramda izləyin