Rusiyada 5,6 bal gücündə zəlzələ olub

Rusiyanın Tuva muxtar respublikasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.


Operativ24.Az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Moskva vaxtı ilə 02.03-də baş verən zəlzələ 5,6 gücündə qiymətləndirilib.

Təbiət hadisəsinin episentri Çadan şəhərindən 7 kilometr aralıda, Dzun-Xemçik bölgəsində yerləşib.

İlkin olaraq 5,1 bal gücündə olduğu açıqlanan seysmik hadisənin episentrində intensivlik 6,3 bal olub.

İtkilər və dağıntılar barədə məlumat verilməyib.



Showxeber Bizi instagramda izləyin



Hadisə 23.10.2021 13
Bütün Xəbərlər