22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Zorla ərə verilən qız və sevgilisi intihar edib - Ataya cinayət işi başlanıb
Kriminal 20.10.2021 351

Yardımlı rayonunda Xanhüseyn Mirzəyev 21 yaşlı qızını zorla ərə verib. Bundan sonra həm qızı, həm də qızının sevgilisi intihar edib. Hadisə ilə əlaqədar ata haqda cinayət işi başlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Köryədi kənd tam orta məktəbində müəllim işləyən X.Mirzəyev 1999-cu il təvəllüdlü qızı Bahar Mirzəzadəni zorla öz qohumu və həmkəndlisi Vüqar adlı şəxslə evlənməyə məcbur edib. 2020-ci il martın 8-də qızın toyu olub. Onun sevdiyi oğlan, Saatlı rayon sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərqulu oğlu Süleymanzadə buna dözməyərək özünü öldürüb. O, toydan 3 gün sonra, martın 11-də rayon mərkəzində yerləşən peşə liseyinin həyətindən özünü asmaqla həyatına son qoyub. Bundan sonra sevgilisinin özünü öldürdüyünü eşidən Bahar da intihar edərək canına qıyıb. İstintaq zamanı hər iki hadisə araşdırılarkən səbəb müəyyən edilib. Təsdiq olunub ki, gənclər X.Mirzəyevin qızını zorla ərə verməsi səbəbindən həyatlarına qıyıblar. Buna görə B.Mirzəzadənin atası barəsində Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Xanhüseyn Mirzəyev “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsi ilə təqsirləndirilib. Yardımlı rayon məhkəməsinin qərarı ilə 2 nəfərin intiharına səbəb olan Xanhüseyn Mirzəyev 3 min manat cərimə olunub. Prokurorluq qərardan narazı qalaraq protest verib və cəzanın ağırlaşdırılmasını tələb edib. Protestdə qeyd edilib ki, X.Mirzəyevin törətdiyi cinayət əməli ilə qızını həmkəndlisi Vüqarla nikaha daxil olmağa məcbur etdiyini dərk etməklə həmin əməli birbaşa qəsdlə törədib. Həmin maddədə maksimal cəza 2 il müddətə azadlıqdan məhrum etməkdir. Lakin yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Gəlinini doğrayan 75 yaşlı kişiyə hökm oxundu Xanhüseyn Mirzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisədə günahı olmayıb: “Mənim heç bir günahım yox idi, məhkəmənin qərarı ilə razıyam. Qızım Bahar o oğlanı (ərini) istəmədiyi üçün özünü öldürüb”.






Starxeber Bizi instagramda izləyin