Sosial
18.10.2021
480
Daxili İşlər Nazirliyi ictimai fəal Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Operativ24.Az-a açıqlamasında Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumatı təsdiqləyib:
“Onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb”.
Xatırladaq ki, B.Hacıyev sosial şəbəkə hesabında təkadamlıq aksiya keçirəcəyi ilə bağlı məlumat yaymışdı./unikal.org