Əməkdar jurnalist VƏFAT ETDİ

Azərbaycanın Əməkdar jurnalisti Tamilla Haşımova vəfat edib.

Bu barədə Operativ24.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

T.Haşımova uzun sürən xəstəlikdən sonra Rusiyanın paytaxtı Moskva şəhərində dünyasını dəyişib. Mərhum ötən gün torpağa tapşırılıb.

Qeyd edək ki, T.Haşımova uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışıb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib. 2002-ci ildə isə Prezident təqaüdünə layiq görülüb.


Showxeber Bizi instagramda izləyin



Sosial 18.10.2021 153
Bütün Xəbərlər