10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Sosial 18.10.2021 389

Azərbaycanın qabaqcıl korporativ bankı PAŞA Bank, 11-14 oktyabr 2021-ci il tarixlərində ənənəvi olaraq keçirilən “SIBOS 2021” Bankçılıq Forumunda iştirak edib.


Beynəlxalq maliyyə icması üçün xüsusi əhəmiyyət kəsb edən bu tədbirdə hər il olduğu kimi dünyanın aparıcı maliyyə təşkilatları, fintex, müstəqil ekspertlər bir araya gələrək məhsuldar ünsiyyətqurma imkanları və effektiv əməkdaşlıq üçün şəraitdən yararlanıblar. “Qlobal Maliyyənin Canlandırılması” mövzusu ətrafında həyata keçirilən “SIBOS 2021” forumunda dünya bank sektorunda yaranmış trendlər, əngəllər və onların səmərəli həlli barədə müzakirələr və danışıqlar aparıldı. Tədbir çərçivəsində həmçinin müasir bankçılıq trendləri, risklərin idarəedilməsi, rəqəmsal tranformasiya və s. kimi önəmli məsələlər barədə fikir mübadiləsi aparıldı.

PAŞA Bankın İdarə heyətinin sədri, Baş icraçı direktoru Taleh Kazımovun sözlərinə görə, Bankın artıq 12-ci dəfə iştirak etdiyi "SIBOS" forumu bankçılıq və maliyyə sənayesinin yeni qlobal tendensiyalarının yarandığı beynəlxalq platformaya çevirib.

"Qlobal pandemiyanın yaratdığı çətin mühitdə davamlı şəkildə fəaliyyət göstərmək istəyən sahibkarlar onları dəstəkləyəcək yalnız güclü maliyyə mövqeyi olan yox, həmçinin zəngin təcrübəyə malik, bazarların dərin ekspertizası olan və innovativ həlləri təqdim edən etibarlı maliyyə qurumu ilə sıx əməkdaşlığa ehtiyac var. "SIBOS 2021" beynəlxalq forumundakı iştirakımız, 2020-2021-ci illərdə çətinliklərə üzləşən real sektora verdiyimiz tövhə və təcrübəmizi xarici həmkarlarımızla bölüşməklə yanaşı, dünya maliyyə qurumları və yeni rəqəmsal həlləri tətbiq edən şirkətlərlə yeni əməkdaşlıkların əsasını qoymağa imkan verdi", - T.Kazımov bildirib.

Qeyd edək ki, PAŞA Bank artıq 12-ci dəfədirki Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan “SİBOS” forumda  iştirak edir. Qlobal pandemiyanın iş tərzimizə əhəmiyyətli təsir göstərməyə davam etdiyi zamanda, “SIBOS 2021” keçən ildə olduğu kimi online şəkildə keçirildi.

Operativ24.az






Starxeber Bizi instagramda izləyin