10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
"Zəfər Günü" ilə əlaqədar AMNİSTİYA olacaq? - AÇIQLAMA
Sosial 17.10.2021 116

"Zəfər Günü ilə əlaqədar Amnistiya hazırlanması haqqında Milli Məclisə hələlik heç bir məlumat daxil olmayıb".



Operativ24.Az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Fəzail Ağamalı deyib. O, bu böyük tarixi hadisə ilə bağlı xüsusi qərarların ola biləcəyini istisna etməyib:

"Azərbaycan dövlətçiliyi tarixində belə önəmli günlər ərəfəsində əhəmiyyətli addımların atıldığının şahidi olmuşuq. Bu məntiqə söykənərək, amnistiya və ya əfv sərəncamının veriləcəyini istisna etmirəm. Lakin bununla bağlı Milli Məclisə rəsmi məlumat daxil olmayıb.

Amnistiya ilə əlaqədar prezidentin fərmanı və ya Heydər Əliyev Fondunun təşəbbüsü ola bilər. Vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə belə təşəbbüslə çıxış edib. Amnistiya aktı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanıb, plenar iclasa təklif edilir. İclasda müvafiq qərarla təsdiq edilir və ya əksinə".

Qeyd edək ki, gununsesi.info saytının yaydığı xəbərə görə İkinci Qarabağ Müharibəsində qazanılan Zəfərin 1-ci ili münasibəti ilə Zəfər Günündə Amnistiya aktı veriləcək və bu, 15 mindən çox məhkumu əhatə edəcək (modern.az).







Starxeber Bizi instagramda izləyin