22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Manşet / Maqazin 16.04.2019 370

Müğənni Şəbnəm Tovuzlu həmkarı Günay İbrahimlinin “Ay Zaur” verilişində onu dinləmədiyini deyərək, bayağı müğənni adlandırmasına sərt münasibət bildirib.

Dergi.az  saytına açıqlama verən ifaçı deyib ki, Günay kamera qarşısında ikiüzlülük edir: 

Biz Günayla rastlaşanda görüşüb, öpüşürük. Efirdə, kamera qarşısında niyə dəyişirsiniz? Kamera qarşısında niyə özünü elit göstərirsən? Sənin Şəbnəmdən nəyin artıqdır? Günay, səndə elitlikdən əsər-əlamət yoxdur. Sürdüyün maşın, yaşadığın ev mənimkindən artıqdır? İfaların da artıq deyil, hazırda sən yoxsan. Ona görə bizə bayağı deyirsən? Bu gün yaxşı oxuyana bayağı deyirlər. Gəlsin, birlikdə oxuyaq. Görək, normal qəzəli ortaya çıxara bilirsən? Komputer vasitəsilə mahnını ortaya çıxarırlar, sonra bizə bayağı deyirlər. Nə səsi, nə görünüşü var. Gedib, özündən danışsın. Mən onu dinləmirəm. Məni xalq sevir, dinləyir. Ən azı efirdə deyə bilərdi ki, aramızda salam-sağ ol var, dinləməsəm də, yaxşı qızdır. Yəqin ki, mənimlə gündəm yaratmaq istəyir. Xainliklərini yığışdırsınlar.

Deyir ki, 30 milyon baxış haradan oldu, mən dinləməmişəm. Dinləməmisənsə, 30 milyon izləndiyini haradan bilirsən? Deyir, 10 milyonluq xalqıq, 30 milyon haradan anlayıb, dinlədi onu. O bilmir ki, türk dilli xalqlar dünyada çoxdur. Məni tək azərbaycanlılar deyil, bir çox türk dilli xalq dinləyir, sevir. Savadı ora qədər çatır. Bil ki, Şəbnəm sənin kimilərindən qat-qat artıq xanımdır, anadır, ifaçıdır”.






Starxeber Bizi instagramda izləyin