Ermənilərin kütləvi köçü sülhməramlıların da getməsinə səbəb olacaq

Qarabağda müvəqqəti yerləşən rus sülhməramlıları nəzarətlərində olan məntəqələrdəki köç dərəcəsindən çox narahat olduqlarını bildiriblər. 


Unikal.org xəbər verir ki, sülhməramlılara görə, köç nəticəsində Qarabağın demoqrafik mənzərəsi dəyişə bilər. Bir sözlə, sülhməramlılar Azərbaycan torpaqlarından çıxmalarından qorxurlar. Çünki insanların yaşamadığı bir torpağın artıq qorunub saxlanılmasına ehtiyac qalmayacaq.

Bu halda Rusiya sülhməramlıları 5 illik yerləşdirmə müddəti başa çatdıqda və Qarabağda ermənilərin sayının kəskin şəkildə azalmasından sonra sülhməramlıların orada daha çox qala bilməsi mümkünsüz olacaq. 

Ağarza Elçinoğlu 



Showxeber Bizi instagramda izləyin



Qarabağ 15.10.2021 141
Bütün Xəbərlər