Koronavirus
14.10.2021
205
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 441 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Operativ24.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 678 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 106 934, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 929 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 177 277 təşkil edir.