Kriminal
14.10.2021
377
Sosial şəbəkələrdə bir nəfərin spirtli içki qəbul etdikdən sonra şəhidləri təhqir etməsi və daha sonra bir qrup şəxsin Şəhidlər xiyabanında onu diz çökdürərək üzr istətməsinin görüntüləri yayılıb.
Operativ24.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan həmin video görüntülərlə bağlı Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
O qeyd edib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.