22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Xüsusi əhəmiyyət daşıyan hərbi əməliyyat
Siyasət 13.10.2021 368


Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmişdir. Cənab İlham Əliyev səfər zamanı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan ordusunun qələbəsi, tarixi ədaləti bərpa etməsi və ermənilərin törətdikləri vəhşiliklərlə bağlı bir çox vacib məqamlara toxundu.  
Prezident İlham Əliyev səfər zamanı çıxışında Hadrut şəhərinin işğaldan azad olunmasının hərbi və siyasi əhəmiyyətinə də xüsusi toxundu. Cəbrayıl rayonundan sonra Hadrutun azad edilməsi Azərbaycan Ordusunun hərbi əməliyyatları davam etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düzgün strategiya seçərək əvvəlcə Hadrutu sonra Füzulini işğaldan azad etdi. Bununlada ordumuz çətin döyüş şəraitinə baxmayaraq, sıldırım qayalardan keçərək növbəti mərhələdə Şuşanı işğaldan azad etdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək şərəfli missiyasını uğurla yerinə yetirdi, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Azərbaycan Ordusunun bütün çətinliklərə baxmayaraq, nümayiş etdirdiyi peşəkarlıq və şücaət bu gün dünyanın bir çox ölkələrinin hərbi məktəblərində öyrənilir, hətta bir sıra hərbi ekspertlər, mütəxəssislər bu müharibəni XXI əsrin müharibəsi adlandırırlar.  
Ermənilər Azığ mağarasında da bir çox dəyişikliklər edərək bu qədim yaşayış məskənini mənimsəməyə cəhd ediblər. Mağara 1960-cı ildə azərbaycanlı alim Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər apararaq tarixi irsimizə böyük ziyan vurmuşlar. Əfsuslar olsun ki, hələdə dünyada erməni yalanlarını müdafiə edən qüvvələr vardır. Bu gün onları müdafiə edən xarici dairələr bilməlidirlər ki, onlar havadarlıq etdiyi dövlət Azərbaycanlılara qarşı hansı vəhşilikləri törətmişdir. 
Hadrut qəsəbəsi hələ sovet dövründən erməniləşdirilməsinə cəhd göstərilən ərazilərimizdən olub. Keçmiş SSRİ-nin ermənipərəst rəhbər şəxslərinin apardığı siyasət nəticəsində burada yaşayan əhalinin tərkibində ermənilərin çoxluq təşkil etməsinə çalışılıb. Hadrutdakı bütün abidələr, yer adları ona dəlalət edir ki, bu yerlər Azərbaycan Ordusunun işğaldan azad etdiyi digər ərazilər kimi qədim türk tayfalarının, yəni azərbaycanlıların yaşadığı torpaqlardır. Ermənilər Qarabağın başqa ərazilərində olduğu kimi, buraya da sonradan digər yerlərdən köçürülərək məskunlaşdırılıblar.
Qeyd etmək istəyirəm ki, müharibədən bir il keçməsinə baxmayaraq, Qarabağda böyük quruculuq işləri aparılır. İşğaldan azad olunmuş bölgələrdə infrastruktur layihələrinin icrasına başlanılmışdır. Hadrutun da bərpası işlərinə start verilmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış oldu. Bununla yanaşı “Hadrut” yarımstansiyası və məscidin tikintisinə də başlanılmışdır. Bütün görülən işlərin nəticəsində işğaldan azad olunmuş ərazilər dünyanın ən abad və gözəl məkanlarından birinə çeviriləcəkdir. Bunun üçün Azərbaycanın güclü siyasi lideri, böyük iqtisadi potensialı vardır.
Strateji əhəmiyyət daşıyan Hadrut, eyni zamanda, böyük iqtisadi potensiala malikdir. Hadrut qəsəbəsinin imkanları buranı Qarabağın böyük iqtisadi və turizm potensialı ilə seçilən ərazilərindən biri etməyə imkan verir. Qəsəbənin və onun ətrafında yerləşən yaşayış məntəqələrinin təsərrüfatının bərpa edilməsi və əhalinin yenidən məskunlaşması üçün burada kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradacaqdır. 
Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın, ordumuzun, qəhrəman əsgərlərimizin gücünü, qüdrətini bütün dünyaya göstərdi. Qazanılan Zəfərdə xalqımızın həmrəyliyinin xüsusi rol olmuşdur. Vətən müharibəsinin davam etdiyi günlərdə bütün cəmiyyətimiz misilsiz dərəcədə birlik və həmrəylik ifadə etdi. Məhz Xalq-Ordu-Ali Baş Komandan birliyi parlaq zəfərimizin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!


Firəngiz Bayramova, “İlin müəllimi”, “Qabaqcıl təhsil işçisi”






Starxeber Bizi instagramda izləyin