İtkin düşən daha bir hərbçimizin nəşi TAPILDI

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Operativ24.Az xəbər verir ki, bu barədə apa-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!


Showxeber Bizi instagramda izləyin



Qarabağ 13.10.2021 190
Bütün Xəbərlər