Dünya
12.10.2021
122
“Şəxsi görüşlər istənilən nəticəni əldə etmək üçün həmişə məhsuldar olur. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Təbii ki, əsas məsələ bölgədəki münaqişənin nizamlanmasıdır".
Operativ24.Az-ın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Rusiya lideri MDB-nin qarşıdan gələn sammitini də xatırladıb və bu istiqamətdə təkliflərini səsləndirib.
Paşinyan isə öz növbəsində bildirib ki, Rusiya bölgədə təhlükəsizliyin təmin olunmasında əsas rol oynayır. / Report