17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 10.07.2019 260

Dünən Bakı-Astara yolunun Masallı rayonundan keçən hissəsində baş verən və 8 nəfərin ölümü ilə nəticələnə qəzanı törədən sürücü taksi fəaliyyəti ilə məşğul olmaq üçün 5 gün əvvəl "Fərqlənmə nişanı” alıbmış.

operativ24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev sosial şəbəkədə yazaraq bildirib ki, "Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanı”nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub.



Nizami Mustafayev Agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə "Fərqlənmə nişanı”nın verilməsini istəmiş və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə "fərqlanmə nişanı” alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib.

Ərizə və ona əlavə edilən sənədləri nəzərdən keçirilib normativ hüquqi aktların tələbləri əsas götürülərək Nizami Mustafayevə onun istəyinə uyğun müddətdə yalnız Bakı şəhərinin inzibati ərazisində "Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanı” verilib.

Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, vətəndaş Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən aldığı "Fərqlənmə nişanı” ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa izacə verir. Sürücünün Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu "Fərqlənmə nişanı” ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur.

Bir daha qanunsuz sərnişindaşıma fəaliyyətinin yolverilməz olduğunu vurğulayaraq avtonəqliyyat vasitəsi sahiblərini bu cür əməllərdən çəkinməyə dəvət edirik. Eyni zamanda sərnişinlərə tövsiyə edirik ki, müvafiq icazə əsasında fəaliyyət göstərən müntəzəm marşrut xətlərinin xidmətlərindən istifadə etsinlər.






Starxeber Bizi instagramda izləyin