Yeni Klinika: "Elnur Əşrəfoğlu ECMO cihazından ayrıldı"

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.



"Yeni Klinika"dan  bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.


"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.


Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

 

(report)



Showxeber Bizi instagramda izləyin



Sosial 11.10.2021 92
Bütün Xəbərlər