22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
İran Xankəndi üzərindən bir neçə milyardlıq gizli əməliyyatlar aparıb
Siyasət 11.10.2021 181

“İran silahlı qüvvələrinin Azərbaycana qarşı “ikinci cəbhə” açması təkcə İrəvanı məğlubiyyətdən xilas etmədi. 30 illik işğal sayəsində heç bir qoruyucu qüvvə və ayrıcı xətt olmadığı üçün İran özünü Qarabağla sərhəd, hətta onu özünün bir parçası kimi görməyə başlamışdı. İndi bizim 130 kilometrdən artıq cənub sərhədini azad etməyimizin əhəmiyyətini hər kəs yaxşı başa düşür - Azərbaycan Qarabağı təkcə bir dövlətdən geri almayıb”. 


Operativ24.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, İranın ali diini lideri Əli Xameneinin “təhlükəsizliyini başqa qüvvələrə tapşıranlar şillə alacaqlar” sözləri daha çox Ermənistana aiddir, çünki Tehran və İrəvan bir siyasi mərkəzdə birləşəndə həqiqətən də ermənilərə təhlükə artacaq.

Onun sözlərinə görə, İranın Azərbaycan-İsrail münasibətlərinə dair iddiaları Azərbaycana və onun tarixi qələbəsinə qarşıdır. 

Millət vəkili Qarabağ işğal altında olan müddətdə İranın bu ərazilərdəki qeyri-leqal fəaliyyətinə də diqqət çəkib.

“ABŞ və Avropa Birliyinin embarqolarından qaçmaq üçün İranın 25-dən artıq bankı, 400-dən çox şirkəti Xankəndi üzərindən xarici nəzarətdən yayınaraq, gizli şəbəkələri vasitəsilə on illər ərzində bir neçə milyardlıq maliyyə əməliyyatları aparıblar.

İndi Qarabağ və ətraf ərazilərin yeraltı və yerüstü sərvətlərinin böyük əksəriyyəti İran şirkətlərinin əlindən çıxıb”, - deyə Z.Oruc əlavə edib.







Starxeber Bizi instagramda izləyin