22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Batumidə binanın çökməsinə görə saxlanılan Azərbaycan vətəndaşına rəsmi ittiham irəli sürülüb
Dünya 10.10.2021 519

Gürcüstanın Baş Prokurorluğu Batumidə binanın çökməsi ilə bağlı saxlanılan üç şəxsə ittiham irəli sürüb.


“Report” xəbər verir ki, Azərbaycan vətəndaşı Zaur Budaqov və digər iki şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılması zamanı texniki və təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunurlar.

 

İstintaqla müəyyən olunub ki, Z.Budaqova məxsus binanın birinci mərtəbəsindəki mənzildə təmir-bərpa işləri zamanı həm dayaq, həm də dayaq olmayan divarların sökülməsi nəzərdə tutulub.

Oktyabrın 4-dən 8-dək işlər texniki və təhlükəsizlik qaydalarının pozulması ilə və mütəxəssisin iştirakı olmadan həyata keçirilib. Bu səbəbdən yeddimərtəbəli yaşayış binasının dayanıqlığı və möhkəmliyi pozulub. Nəticədə üçü azyaşlı olmaqla 9 nəfər sakinin ölümünə səbəb olan uçqun baş verib.

Baş Prokurorluq ittiham olunan şəxslərə qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində Batumi şəhər məhkəməsinə müraciət edəcək.







Starxeber Bizi instagramda izləyin