Daha 1032 nəfər koronavirusa yoluxdu - 1043 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 032 yeni yoluxma faktı qeydə alınıb, 1 043 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Operativ24.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 179 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 023 nəfər müalicə olunaraq sağalıb, 6 664 nəfər vəfat edib. 12 492 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 385, bu günə qədər isə ümumilikdə 4 952 737 test icra olunub.



Showxeber Bizi instagramda izləyin



Koronavirus 10.10.2021 240
Bütün Xəbərlər