9 yaşlı uşağı maşın vurub öldürdü

Ağdaşda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 "Qafqazinfo"nun məlumatına görə, rayonun Yuxarı Nemətabad kənd sakini, 2012-ci il təvəllüdlü Əbilov Yusif Mehman oğlu  yolu keçmək istəyən zaman onu “VAZ - 2106” markalı  minik avtomobili vurub.

 Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.   

  Faktla bağlı araşdırma aparılır.


Showxeber Bizi instagramda izləyin



Hadisə 10.10.2021 78
Bütün Xəbərlər