İdman
10.10.2021
389
Oktyabrın 10-da UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.
Operativ24.Az xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.
Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.
İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.
İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez - Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Bu oyun Turindəki "Alianz" stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.