17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İran vətəndaşları: “Ölkəmizdə Azǝrbaycanı sevən milyonlar var” - SORĞU
Sosial 10.10.2021 382

Son günlər İranda ayrı-ayrı şəxslərin Azərbaycan əleyhinə çağırışları, habelə qonşuluq prinsiplərinə xələl gətirən davranışlar iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyib.


 

BBC xəbər verir ki, sıravi İran vətəndaşları da bu ölkənin ayrı-ayrı şəxslərinin Azərbaycan əleyhinə, qonşuluq prinsiplərinə zidd fəaliyyət və açıqlamalarını pisləyirlər. Kərəc şəhərindən 41 yaşlı Məhəmməd Gəimi hesab edir ki, bu problemlərin kökü Qarabağ müharibəsinə gedib çıxır.

 

İsrailin Azərbaycanın yanında olması Azərbaycanın qələbəsinə və bölgədə mövcudluğuna səbəblərdən biri olub. “Üstəlik, İranın sərhədinə yaxınlaşmasını Tehran ciddi təhlükə sayır. Azərbaycan da İranın Ermənistana verdiyi dəstəkdən narahatdır", - o söyləyib.

 

"Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz", - Məhəmməd Gəimi əlavə edib.

 

Təbrizin 43 yaşlı sakini Elnaz Bərği hesab edir ki, İranın özü nə etdiyini bilmir: “Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, umumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır".


Həmədandan olan 46 yaşlı azərbaycanlısı Əlirza Bahari hesab edir ki, Tehranı narahat edən yerli Azərbaycan əhalisidir.

 

"İranın bütün qorxusu bizik. İran, İrandaki türklərin oyanmasından qorxur. Erməni və İsrail bəhanədir", - Əlirza Bahari deyib.

 

"Qarabağ zəfərindən sonra sanki farslar uduzmuş kimi bir əhvala girdilər. İran gurultu qoparar, amma savaşa girə bilməz. İran dünyada yalnızlaşıb və savaşa cəsarət edə bilməz", - Əlirza Bahari vurğulayıb.

 

Təbriz sakini, 45 yaşlı Yaşar Xaqani bildirib ki, İranın nə istədiyi hələ məlum deyil: "Bunlar (dövlət) heç insanları düşünmür. Hər kəs İrandan getmək istəyir. Bir qonşu İrandan məmnun deyil. İrana hər mənada yaxın olan Azərbaycandır, nəinki Ermənistan. Deyirəm, hər ikisi ilə yaxşı olsun, amma müsəlman, müsəlman deyib niyə Azərbaycanı dəstəkləmirsən? Həqiqət budur ki, həm biz (İran xalqı), həm də Yaxın Şərq xalqı bunların əlindən zara gəlib.

 

Əlbəttə ki, Azərbaycan bizdəndir və eyni zamanda savaş ən pis seçim olar və burada ən çox zərər görən o taylı-bu taylı bizlər (azərbaycanlılar) olar".

 

Şiraz şəhərindən Mərcan Mərvdəşti deyib ki, İran rejimi üçün iç problemi ört-basdır etmək üçün xarici səbəblər lazımdır.

 

“İran o qədər səhv addımlar atıb ki, doğru sözünə də inanmırlar. Təbii, bu baxımdan, İranın haqlı olduğunu demirəm. Mən bilirəm ki, İran vətəndaşı olan azərbaycanlılar bu məsələyə çox həssasdırlar və İran dövləti də bunu bilir, ancaq niyə belə edirlər, bilmirəm. Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq ya da keçmiş Yuqoslaviya", - o qeyd edib.







Starxeber Bizi instagramda izləyin