22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Toyların başlaması yoluxmanı artıracaq - İNFEKSİONİST
Sosial 8.10.2021 196

"Universitetlər, məktəblər, uşaq bağçaları açılıb. Məhərrəmlik bitəndən sonra isə toylar başlayacaq. Həmçinin də havalarsoyuyub. Bunun müqabilində koronavirusa yoluxma hallarında artma müşahidə oluna bilər".



Operativ24.Az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə yerli mətbuata açıqlamasında bildirib. 


"İndiyə qədər hansı tədbirlərdən istifadə etmişiksə, bundan sonra da həmin tədbirlər görülməlidir, profilaktik tədbirlərə əməl olunmalıdır. Əllər dezinfeksiya olunmalı, maska taxılmalı, sosial məsafə gözlənməlidir. Xüsusən qapalı yerlərdə ehtiyatlı olmaq lazımdır. Bir də vaksinasiya vacibdir".


Həkim həmçinin əhaliyə buster (3-cü) doza vurdurmağı tövsiyə edib:


"Tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar, risk qrupuna daxil olan şəxslər mütləq qaydada buster doza vurdurmalıdırlar. Hətta yaşı 65-dən aşağı olanlara da əgər yanaşı xəstəlikləri varsa, buster doza mütləq tətbiq olunmalıdır".


Qeyd edək ki, Azərbaycanda artıq bir neçə gündür koronavirusa yoluxma hallarında artım müşahidə olunur./sfera.az







Starxeber Bizi instagramda izləyin